manera.az
manera.az

Muğam Mərkəzində tanınmış bəstəkarın yaradıcılıq gecəsi keçiriləcək

📅 07.10.2017 19:15

Muğam Mərkəzində tanınmış bəstəkarın  yaradıcılıq gecəsi keçiriləcək
Oktyabrın 10-da “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə tanınmış bəstəkar, Əməkdar İncəsənət Xadimi Mobil Babayevin yaradıcılıq gecəsi keçiriləcək.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, konsertdə ifaçıları Xalq Artisti Ənvər Sadıqovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun “Qaytağı” instrumental ansamblı müşayiət edəcək. Konsertdə Xalq artistləri Mübariz Tağıyev, Gülyanaq Məmmədova, Əməkdar artistlər Lalə Məmmədova, İlkin Əhmədov, Səbinə Əsədova, müğənnilər Cavan Zeynallı, Adil Axundov, Rövşən Qəhrəmanov, Taleh Yəhyayev, Şölə Səfərəliyeva, Cavid Məmmədov və “Sevil“ vokal kvarteti çıxış edəcək.

Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.


Baxış sayı - 1 241 | Yüklənmə tarixi: 07.10.2017 19:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930