manera.az
manera.az

Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək |MANERA.AZ

📅 21.09.2015 11:17

Xarəzmi Mükafatı müsabiqəsi keçiriləcək |MANERA.AZ
2016-cı ilin fevralında İran İslam Respublikasının Elm və Texnologiya Nazirliyi İran Elm və Texnologiya Tədqiqat Təşkilatı ilə birgə 29-cu Beynəlxalq Xarəzmi Mükafatının təqdimetmə mərasimini keçirəcək.

MANERA.AZ www.khwarizmi.ir veb-səhifəsinə istinadla xəbər verir ki, ənənəvi müsabiqənin keçirilməsinin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçı, innovator və ixtiraçıların elmə verdikləri töhfələri dəyərləndirmək, onların beynəlxalq aləmdə tanınmasına dəstək göstərməkdir. Aerokosmonavtika, informasiya texnologiyaları, dəqiq elmlər, nanotexnologiyalar, biotexnologiya, ətraf mühit və fundamental tibb elmləri, kənd təsərrüfatı, elektronika və informatika, material və metallurgiya, mexanika və başqa sahələr üzrə tədqiqatçılar, alimlər mükafata namizədliklərini irəli sürə bilərlər.

Tədqiqat işləri tətbiqi araşdırma, tədqiqat və inkişaf, fundamental tədqiqat, ixtira və innovasiya kateqoriyaları üzrə təqdim olunacaq.

Sənədlərin qəbulu noyabrın 30-dək aparılacaq.

Laureatların adları 2016-cı ilin yanvarında elan olunacaq, fevralda isə mükafatlar təqdim ediləcək.

Ətraflı məlumatı www.khwarizmi.ir internet səhifəsindən əldə etmək olar.


Baxış sayı - 1 587 | Yüklənmə tarixi: 21.09.2015 11:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031