manera.az
manera.az

Milli Kitabxanada görüş | MANERA.AZ

📅 14.08.2015 11:34

Milli Kitabxanada görüş | MANERA.AZ
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri və Urmiya İncəsənət İdarəsinin rəhbəri M.F Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olublar.

Milli Kitabxananın direktoru Kərim Tahirov qonaqlara ölkələrimiz arasında mövcud əlaqələrdən, xalqlarımızın oxşar mədəniyyətə, adət-ənənəyə sahib olmasından söz açıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüşdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi Azərbaycan ilə İran arasında mövcud siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıb.

Azərbaycan Milli Kitabxanası ilə əlaqələrin bundan sonra daha da genişlənəcəyini bildirən qonaq mütəmadi olaraq Azərbaycan şair və yazıçılarının əsərlərinin fars dilinə tərcümə olunduğunu vurğulayıb.

Kərim Tahirov fürsətdən istifadə edərək İran İslam Respublikasının Milli Kitabxanasının və Təbriz Milli Kitabxanasının direktorlarını sentyabrda Bakıda keçiriləcək IV Bakı Beynəlxalq Kitab sərgi yarmarkasına dəvət edib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub.


Baxış sayı - 1 885 | Yüklənmə tarixi: 14.08.2015 11:34
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031