manera.az
manera.az

YUĞ Dövlət Teatrı “Novruz” Festivalında çıxış edib

YUĞ Dövlət Teatrı  “Novruz” Festivalında çıxış edib


Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi Tatarıstanda səfərdədir. Xəbər verdiyimiz kimi, teatr Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçiriləcək “Novruz” türkdilli xalqların teatr festivalında iştirak edir.
YUĞ Teatrı beynəxlalq festivalda Azərbaycanı R.Akutaqavanın “Cəngəllikdə” əsəri əsasında hazırlanmış “Müəmmalı bir qətlin üç versiyası” tamaşası ilə təmsil edir.
Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqisi tərtibatçısı Əməkdar artist Vüqar Camalzadədir.
Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov, Elşən Əsgərov çıxış edirlər.
YUĞ Dövlət Teatrı  “Novruz” Festivalında çıxış edib
1-8 iyun tarixlərində Q.Kamal adına Tatarıstan Dövlət Akademik Teatrının təşkilatçılığı ilə keçirilən XIV Novruz festivalının proqramına Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Rusiyanın teatr kollektivlərinin tamaşaları daxildir. Festivalda Rumıniyanın Nottara teatrı da Molyer və Bulqakovun əsərləri əsasında hazırlanmış “Molyer” tamaşası ilə xüsusi qonaq kimi iştirak edəcək.
Tamaşalar Kazan şəhərinin 7 müxtəlif teatr səhnəsində nümayiş olunacaq.

Novruz festivalının əsas məqsədi türkdill xalqların teatrları arasında qarşılıqlı əlaqələri möhkəmləndirməkdir. Bu festival ilk dəfə 1989-cu ildə SSRİ Teatr Xadimləri İttifaqının qərarına əsasən Alma-Atıda keçirilib. SSRİ dağıldıqdan sonra bir müddət keçirilməsə də, 1998-ci ildən Tatarıstan Respublikasının təşəbbüsü ilə bərpa olunan “Novruz” festivalı artıq Kazan şəhərində keçirməyə başlayıb. Hazırda iki ildən bir keçirilən “Novruz” postsovet məkanında keçirilən ən yaxş festivallardan sayılır.
Proqrama əsasən, YUĞ Dövlət Teatrı 5 iyun tarixində, yerli vaxtla saat 18.30-da K.Tinçurin adına Tatarıstan Dövlət Dram və Komediya Teatrının səhnəsində çıxış edəcək.
YUĞ Dövlət Teatrı  “Novruz” Festivalında çıxış edib


Turan Etibaroğlu
MANERA.AZ


Baxış sayı - 1 162 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
232425262728