manera.az
manera.az

"YUĞ" Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək

"YUĞ" Teatrı festivalda dörd tamaşa ilə iştirak edəcək
Azərbaycan Dövlət YUĞ Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birlikdə təşkil etdiyi ustad rejissor Vaqif İbrahimoğlunun xatirəsinə həsr olun “Boş məkanın dolğunluğu-2” Eksperimental tamaşalar festivalında dörd tamaşa ilə iştirak edəcək.

Manera.az xəbər verir ki, festivalın açılışı mərasimi martın 1-i, saat 14.00-da YUĞ Dövlət Teatrının səhnəsində baş tutacaq.

Açılışdan sonra A.B.Kasaresin “Qəbir qazma üsulu” əsəri əsasında Gümrah Ömərin quruluş verdiyi tamaşada əməkdar artistlər Sonaxanım Mikayılova, Vidadi Həsənov, aktyorlar Oqtay Mehtiyev və Mətanət Abbaslı çıxış edirlər.

Həmin gün saat festival iştrirakçıları YUĞ Teatrının daha bir tamaşasını izləyə biləcəklər. Saat 18:00-da nümayiş olunacaq “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. S.Haqverdiyevanın əsərləri əsasında hazırlanan səhnə əsərində Zümrüd Qasımova, Oqtay Mehtiyev və Elgün Həmidov çıxış edirlər.

Festivalın ikinci günü də YUĞ Teatrının tamaşaları oynanılacaq. Martın 2-i, 14:00-da V.Klimin “Medeya teatrı” pyesi əsasında Mikayıl Mikayılovun hazırladığı “Medeya. Sekvensiya - 01” tamaşası nümayiş olunacaq. Tamaşada əməkdar artistlər Sonaxanım Mikayılova və Gülzar Qurbanova çıxış edirlər.

Yuğ Teatrının festivala təqdim etdiyi sonuncu “Quş dili” tamaşası isə 18:00-da oynanılacaq. Təranə Vahidin əsəri əsasında, Əbdülqəni Əliyevin quruluşunda hazırlanan tamaşada Qasım Nağı, Natəvan Qeybani, Təranə Ocaqverdiyeva, Elgün Həmidov və İlahə Məmmədzadə çıxış edir. Səhnə əsərinin quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930