manera.az
manera.az

Filmimiz Beynəlxalq mükafata layiq görülüb

📅 04.06.2019 20:16

Filmimiz Beynəlxalq mükafata layiq görülüb
“Çölçü” bədii filmi ABŞ-da keçirilən “Accolade Global 2019” Film Müsabiqəsində “Merit Special Mention” mükafatına layiq görülüb.

Mədəniyyət Nazirliyindən Manera.az -a verilən məlumata görə, film iki beynəlxalq kino festivalının – “Near Nazareth Festival 2019” (İsrail) və “Florence Film Awards 2019” (İtaliya) final, “European Screen Awards 2019” festivalının isə müsabiqə mərhələsinə seçilib.
Filmimiz Beynəlxalq mükafata layiq görülüb
Qeyd edək ki, rejissor Şamil Əliyevin Antonioni, Tarkovski, Qodar, Berqman kino mükafatlarının nominantı olan “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 48 beynəlxalq kino festivalında iştirak edərək 25-dən çox mükafat qazanmışdır. “Çölçü” ümumilikdə bir neçə dəfə “Ən yaxşı bədii film”, “Ən yaxşı rejissor işinə görə”, “Ən yaxşı ssenari”, “Ən yaxşı qadın oyunçu”, “Yaradıcılıq axtarışlarına görə”, eləcə də münsiflər heyətinin xüsusi diplom və mükafatlarına, “Humay” milli mükafatına layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

MANERA.AZ


Baxış sayı - 1 011 | Yüklənmə tarixi: 04.06.2019 20:16
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031