manera.az
manera.az

“Çölçü” filmi yeni mükafata layiq görülüb

📅 03.12.2018 18:44

“Çölçü” filmi yeni mükafata layiq görülüb
“Çölçü” filmi Avropa, Asiya və Amerikadan olan kino ekspertlərindən ibarət münsiflər heyətinin rəyi nəticəsində “Vırgın sprıng cınefest 2018” kinofestivalında “Golden galaxy awards” mükafatına layiq görülüb.

Bu barədə Manera.az-a məlumat verən filmin rejissoru Şamil Əliyev bildirib ki, təqdimetmə mərasimi noyabrın 29-da Hindistanın Kolkata şəhərində keçirilib.

Yarışmada 70 ölkəni təmsil edən ekran əsərləri iştirak edib.

Qeyd edək ki, “Çölçü” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında 2012-ci ildə istehsal olunub. Film 5 qitəni əhatə edən 40 beynəlxalq kino festivalında iştirak edərək mükafatlara layiq görülüb.

Filmin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Ekran əsərində Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.

MANERA.AZ


Baxış sayı - 1 264 | Yüklənmə tarixi: 03.12.2018 18:44
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930