manera.az
manera.az

Səməd Vurğunun nəticəsi konsert verəcək

📅 20.05.2019 18:04

Səməd Vurğunun nəticəsi konsert verəcək
Oxu Akademiyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə istedadlı pianoçu Vurğun Vəkilovun solo konserti keçiriləcək.

Manera.az xəbər verir ki, bu barədə Oxu Akademiyasının rəhbəri Səməd Vəkilov məlumat verib. S.Vəkilov bildirib ki, konsert mayın 22-də, 19:00-da Bakı Musiqi Akademiyasının böyük zalında baş tutacaq.

Solo konsertdə Vurğun Vəkilov Bax, Şopen, Bethoven, Şumandan müxtəlif müsuqi nümunələri ifa edəcək.

Bakı Musiqi Akademiyasının məzunu olan Vurğun Vəkilov hazırda Parisdə Alfred Cortot adına Paris Ali Musiqi Məktəbində təhsilini davam etdirir.
Səməd Vurğunun nəticəsi konsert verəcək
Qeyd edək ki, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun nəticəsi olan Vurğun Vəkilov 1998-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına Orta İxtisas Musiqi məktəbinin fortepiano şöbəsini bitirib.

Çoxsaylı beynəlxalq müsabiqələrdə iştirak edib və birinci yerlərə layiq görülüb.

2016-cı il mart ayının 5-12-də Fransanın Annemas şəhərində keçirilən Adilə Əliyeva adına pianoçuların X Beynəlxalq müsabiqəsinda II yer qazanıb və Fransanın Paris şəhərində yerləşən "Ecole Normale de Musique de Paris - Alfred Cortot" akademiyasında təhsil almaq hüququ əldə edib.

2009-cu ilin may ayının 5-də Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” adı yazılıb.

2017-ci il fevral ayının 2-də Azərbaycan Respublikasının Sərəncamına əsasən Prezident mükafatına layiq görülüb.

Hazırda Fransanın Paris şəhərində yerləşən “Ecole Normale de Musique de Paris – Alfred Cortot” təhsil müəsisəsində təhsil alır. Müəllimi Rəna Şereşevskayadır./axar.az/

MANERA.AZ


Baxış sayı - 1 339 | Yüklənmə tarixi: 20.05.2019 18:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031