manera.az
manera.az

Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi

📅 13.02.2019 15:32


Bakı Kitab Mərkəzində musiqi və poeziya gecəsi
Fevralın 12-də Bakı Kitab Mərkəzində dünyanın ən ülvi hisslərindən olan sevgiyə həsr olunmuş musiqi və poeziya gecəsi keçirildi.

Gecədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin məzunu, qiraətçi-aktyor Səfa Mehdi eşqi vəsf edən poeziyadan: N. Hikmət, M. Müşfiq, R. Rza, R. Rövşən, V. Səmədoğlu və s. şeirlərini ifa etdi.

Gecədə, həmçinin, Respublika və Beynəlxalq müsabiqələr laureatları, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, pianoçu Vüsal Aydəmirov və Milli Konservatoriyanın tələbəsi, tarzən Ibrahim Babayev ifaları ilə dinləyicilərə xoş anlar yaşatdılar.

Musiqiçilərin ifasında xalq mahnıları “Evləri var xana-xana”, “Sarı gəlin”, F.Əmirovun “Mən səni araram”, T. Quliyevin “Sənə də qalmaz”, Frensis Leyin “Love story”, V.Mustafazadənin “Bayatı Şiraz” və s. məşhur əsərləri səsləndi.


Baxış sayı - 1 081 | Yüklənmə tarixi: 13.02.2019 15:32
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031