manera.az
manera.az

Ədəbiyyat Muzeyində “Açıq qapı” günü

📅 13.05.2019 19:50

Ədəbiyyat Muzeyində “Açıq qapı” günü
18 may - Beynəlxalq Muzeylər günü münasibətilə mayın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Açıq qapı” günü keçiriləcək.

AMEA-nın mətbuat xidmətindən Manera.az-a verilən məlumata görə, məqsəd insanlara pulsuz olaraq muzeyin təqdim etdiyi sərgi və ekspozisiyalara tamaşa etmək imkanı yaratmaqdır.

Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın zəngin mədəni irsini və qədim tarixini əks etdirən muzeyin tarixi barədə ətraflı məlumat veriləcək, onlar qədim və orta əsrlərə aid mədəniyyət nümunələri, rəsm və heykəltəraşlıq əsərləri ilə yaxından tanış ola biləcəklər.

Qeyd edək ki, muzey saat 11:00-dan 17:00-dək fəaliyyət göstərəcək.

MANERA.AZ


Baxış sayı - 1 104 | Yüklənmə tarixi: 13.05.2019 19:50
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031