manera.az
manera.az

Türkiyə səfiri Tarix Muzeyi ilə tanış olub

📅 26.01.2018 21:58

Türkiyə səfiri Tarix Muzeyi ilə tanış olub

Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində olub.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonağa bu mədəniyyət ocağının tarixi, fəaliyyət istiqamətləri, Türkiyə ilə elmi-mədəni əlaqələri barədə məlumat verilib.

Sonra səfir muzeyin nəşrləri – kataloqları, bukletləri ilə tanış olub. Erkan Özoral Qafqaz İslam Ordusunun tarixi ilə xüsusi maraqlandığını bildirib.

Görüşdə 2018-ci ildə Qafqaz İslam Ordusunun və 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illiyi ilə əlaqədar birgə simpoziumun təşkili məsələləri müzakirə olunub.

Daha sonra diplomat muzeyin ekspozisiya zalları, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti bölməsi və Qafqaz İslam Ordusunun xəritəsi ilə yaxından tanış olub.

Sonda səfirə Hacı Zeynalabdin Tağıyevin foto-albomunu hədiyyə edilib.


Baxış sayı - 1 361 | Yüklənmə tarixi: 26.01.2018 21:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031