manera.az
manera.az

Sən yadıma düşəndə - Dəmir Gədəbəylinin şeirləri

Sən yadıma düşəndə - Dəmir Gədəbəylinin şeirləri
Tanınmış şair, filologiya elmləri doktoru Dəmir Gədəbəyli vəfat edib.

MANERA.AZ mərhum şairin bir neçə şeirini təqdim edir:

Sən yadıma düşəndə

Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.
Gül açar, dünya gülər, aləmə nur səpilər,
Sən yadıma düşəndə.

Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.
Gecə olsa, gecə olsa ay çıxar, ay çıxar,
Qaranlıqlar çəkilər, qaranlıqlar çəkilər.

Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyama qovuşar, dünyama qovuşar
Sevinc dolu yüz dünya.

Gün olar, gündüz olar, şəfəq geyər düz-dünya.
Bir dünyamı qovuşar, dünyamı qovuşar
Sevinc dolu yüz dünya.

Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
Sən yadıma düşəndə.
Kaş, əlim sənə çata, kaş, ünüm sənə yetə,
Sən yadıma düşəndə.

Ay ömrüm, günüm

Mənim bu dünyada yazığım gələn,
Boş ötən ömürdü, ay ömrüm, günüm!
Qəfil rastlaşanda, üzümə gülən,
Dost deyil, şümürdü, ay ömrüm günüm!

Heyif, cavanlığa, saralmış, solmuş,
Baxıram keçmişə gözləri dolmuş,
Hayıf, o günlərə xatirə olmuş,
Qapqara kömürdü, ay ömrüm, günüm!

İnsanlar min dürlü, qanan, qanmayan,
Mən çəkən dərdlərə, varmı yanmayan?!
Dostlara əyilən, yada sınmayan,
Dəmir də, Dəmirdi, ay ömrüm, günüm!

Aman dağlar

Aman dağlar, salamat qal, gedirəm,
Bir də gələm, ya gəlməyəm, ya qismət!
Oğul deyib, bir yola sal, gedirəm,
Dərdim böləm, ya bölməyəm, ya qismət!

Duyğun kimi qoy sürünsün dumanlar,
Sinən üstən uzaq düşsün yamanlar,
Mənim kimi, neçə həsrət balan var,
Tapa biləm, ya bilməyəm, ya qismət!

Bir igiddi, zirvələrdə hər daşın,
Sən Dəmirin, Dəmir sənin sirdaşın,
Kəndimizdə bir ana var, göz yaşın,
Gələm siləm, ya silməyəm, ya qismət!

De, necə yanım sənə?

İnam imandan doğar,
Necə inanım sənə?!
Yalan yalana sığar?
Varmı yalanım sənə?

Dünən dost dediklərin,
Şirin tost dediklərin,
Bu gün bas dediklərin!
Düşmənmiş, canım sənə!

Eşit sözün düzün sən,
Dəmir dözməz üzülsən!
Eh, qudurdan özünsən,
De, necə yanım sənə?!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930