manera.az
manera.az

Sənsiz yaşamaq doğma bir yalana uymaqdır

📅 26.12.2018 16:19

Sənsiz yaşamaq doğma bir yalana uymaqdır
Cavid Fərzəlinin şeirləri

***
Səndən ötrü çox üzgünəm...
Ürəyində aydın bir səs olmaq istəyirəm;
Səni hər duyduğumda,
hər susqun kəlməmdə.

...Yolunda, ayaqlarımı basdırıram qaranlıqların çiynində,
bütün divarların gözün oyuram
pəncərə şəkillərində.

...Qollarımda yuxusu yoxmuş pəncərələrimin,
bax, gözlərim gecəyə danışır səni.
Qaranlıqlar çapır divarlarımı
sənə doğru yel atına minən çırağımda...

...Bilirsənmi, sənsiz yaşamaq doğma bir yalana uymaqdır,
doğma bir ürəkdə qışı salmaqdır.

Əlləri saralmış bu payızda
bütün rənglərdə sevirəm səni.
Qoy sevgidən əl açsın küçələr,
qoy dizi qanasın yağışların.
Çünki
Günəş qopan tərəfimiz aydınlıq saçar...
Çünki
sənə olan eşqim hər tabutdan,
bir göz açar...


***
Adam həmişə əllərini məğlub bildiyi yerdən tutarmış,
qorxuyla qazandığı hər şey üçün
öz içinə uduzarmış...

...Eh dostum,
hər kəsin ürəyində
günahsız bir dustağı var.
...heç vaxt üstünə gələ bilmədiyi,
öldüyü bir yeri var
barışdığı göz yaşlarında.

...Beləcə
taleyi qarımış bəxtəvər yollarda Tanrısız ölə bilmirsən,
çünki tərk edilmiş ürəklər yenilməzdir,
çünki günəşdən sonra
barmaqlarımız doğulmur, sadəcə ölür...

...və bütün yollara ayaqlarını bağışlamaqdısa- qələbə...
Hardasa bir ana ürəyi ölür,
hardasa vətənsiz bir ürək özgür yaşayır,
hardasa küçələr yetim inqilab böyüdür.

...Daha sonra dönmək istədiyin hər addımında göy üzünə yağış düşməz.
Qollarına qədər olar qucaq açdığın yolların intiharı...
Azadlıqsa- tək bir divar dalında üç divar üçün üşümək...

MANERA.AZ


Baxış sayı - 1 358 | Yüklənmə tarixi: 26.12.2018 16:19
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031