manera.az
manera.az

Hər şey yerindədi, bircə sən yoxsan... - Xəyalə Sevilin şeirləri

📅 01.08.2017 16:23

Hər şey yerindədi, bircə sən yoxsan... - Xəyalə Sevilin şeirləri
Manera.az gənc yazar Xəyalə Sevilin şeirlərini təqdim edir:

Hər şey yerindədi

Hər şey yerindədi,
O yol, o küçə.
Küçənin başında açıq pəncərən,
Pəncərəndə qanı qaralan gecə.
Hər şey yerindədi,
Bircə sən yoxsan...

Sənsiz üstü-başı
Yaş həsrətimi
Gözümə sərmişəm,
Qurusun bir az.
Yeni ayaq açan səadətimin
Əlindən tutmadın
Yerisin bir az.

Tək qoydun,
Sən də tək qoydun.
Ömrü zəngli saat kimi
Qurdun,
Sənədək qoydun.
Demirəm ki, sevmədin,
Sevdin, düşəndə yada...
Mənə də çətindi, amma,
Əlvida...

Asaram özümü göyün üzündən …

Buludların ac it kimi
Elə hürür ki, üstümə, ilahi,
Məni yağışın tutacaq.
Qapından qayıdır dualarım da,
Məni qarğışın tutacaq.

Ömrüm il - il tökülür,
Daşlayıblar ömrümü.
Bir ulduzsuz gecəyəm,
Bir kimsəsiz küçəyəm.
Bu dəlisov yağışlar
Xoşlayıblar ömrümü.

Eh! Daha əlimi açmaram sənə,
Eh! Daha əllərim qoynumda qalar.
Asaram özümü goyün üzündən,
İlahi, ölümüm boynunda qalar.


Baxış sayı - 3 219 | Yüklənmə tarixi: 01.08.2017 16:23
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930