manera.az
manera.az

Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – AYB-dən açıqlama

📅 02.05.2019 16:58

Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – AYB-dən açıqlama
Xəbər verdiyimiz kimi, Azərbaycan Yazıçılar Birliyi bu yaxınlarda təşkilata ayrılan vəsaitdən bir neçə yazıçıya mükafat verib və təltif olunanların siyahısı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid məsələ ilə bağlı açıqlamasında bu fikirləri səsləndirib:

"Mükafatın əleyhinə yazılanları mən də oxudum. Gənclərin və başqa yazıçıların mükafat almağına sevinmək və təbrik etmək lazımdır. Şübhəsiz ki, orda mükafatlar pul deyil, eyni zamanda yaşlı yazıçıların gördüyü işlər, fəaliyyət nəzərə alınıb. Gənclər arasında da narazılıqlar var. Düşünmüşük ki, əsasən AYB-yə üzv olmayan, təqaüd almayan gənclərə verək.
Məşhur yazıçımız pul mükafatını gənclərə bağışladı – AYB-dən açıqlama
Elə indi Kamal Abdullanı təbrik etdim. Kamal müəllim məndən xahiş etdi, mən bunu Anar müəllimə də dedim. Kamal müəllim dedi ki, o pulu dörd gənc yazar arasında böləcəm. Mükafat ala bilməyənlər də, lazımsız söz-söhbət edənlər də narahat olmasınlar. O pulu bölüb gənclərə verəcəyik."/kulis.az/

MANERA.AZ


Baxış sayı - 938 | Yüklənmə tarixi: 02.05.2019 16:58
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031