manera.az
manera.az

Könlümün aynasında görünməkdəsən - Mirzohid Müzəffərin şeirləri

Könlümün aynasında görünməkdəsən - Mirzohid Müzəffərin şeirləri
Mirzohid Müzəffər – 1999-cu il 12 sentyabr Daşkənddə doğulub. Moskva dövlət Sinergiya Universitetində İngilis filologiyası fakültəsində təhsil alır. "Kitab dünyası” ədəbiyyat qəzetinin bədii tərcümə və beynəlxalq münasibətlər bölməsinin rəhbəridir. Dünya ədəbiyyatından Nəzər Qəbbani, Georq Trakl, Fernando Pessoa, Edith Sodergran, Ruben Dario kimi şairləri, Azərbaycan ədəbiyyatından Ramiz Rövşən, Əkbər Qoşalı, Qismət, İntiqam Yaşar, Taleh Mansur, Tural Turan, Aqşin Yenisey, Emil Rasimoğlu kimi şairlərin şeirlərini özbəkcəyə və bir çox özbək şairlərinin şeirlərini İngilis, türk, fransız dillərinə çevirmişdir. Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.

***

Mən ölərkən
Sadəcə bir sualım vardı.
Məni yaratdığın palçıq
Necə palçıqdı Allah?
Onun torpağı eşqmi,
Ona qırx il yağdığı
Yağmur göz yaşınmıydı, Allah?
ölürəmmi –
çiçəklənər səssizlik
və boğazım içində
yanır min bir cənnət.
Allah, cavab vermədin
Yarandığım palçıq nədəndir?
Gözlərimin içində filizlənər bir boşluq.
Ya səsimdən gəlir göy üzümün qoxusu
Sən səssizsən.
O böyük hüznlərçün darıxdım.
Və indi ediləsi ölüm vardır sadəcə
Bildim…
Allah, palçığım səssizlikdən hazırlanıb.

***

Görünməyən sonsuzluğun naməlum adı
Oyadır birdən-birə kəpənəkləri.
Və onlar qanadlarındakı qocaman dünyalar ilə
Başlayırlar səcdə etməyə.
Sim-sim ağrı
(xəzinə gizləndiyi mağaranı da aça bilərsən bu ağrı ilə)
İndi xəzinənin adına çevrilir sonsuzluq.
rəngin kölgəsinə yatırılmış səs
müdhiş səssizlikdən hürkür qəfil.
Gözlərdəki iki dəniz dönür aynaya
Və onlarda görünür
Bir vaxtlar dünyanı isidib
İndi nağıllarda günəşin
İki dənə qara işığı
Bu qara işıqlar kölgələrində
Müdhiş səssizliyi yatırırlar.

sarduniya çiçəyinin saralmış yarpaqları
yerləşir xatirəyə.
saxsı sərhəddindəki digər bir aləm
çalxalanır səssizcə
çiçək yarpağının ağırlığından.

***

Könlümün aynasında görünməkdəsən
Və o röya görür mənsiz günləri.
Qalar röyaların incə ağuşlarında.

çalxalanır rüzgara çevrilmiş hisslər,
qanad səmadan yoğrulmuş eşqə.
Birdən-birə parılayır anlar.

mənzilsiz yollarda yanılar ruhum
yanılar mənimlə sənin əksin də.
təsvirə çevrilər bütün cümlələr.

kipriyimə toxunur sənin nəfəsin,
su hövzəsindəki bir günəş kimi.
Könlümün aynasında görünməkdəsən.

***

Gülün gül olmağı yalan
Çayların çay olmağı saxta.
Varlığın var olmağı da boş
Yalnız.

Sənin sənliyin gerçək
yalnız
mənim mənliyim həqiqət.
bu dəli küləklər duracaq, amma
nə olsa biz yuxularımızın daş kimi qatılaşan
qırıqlarından ev quracağıq.
Sənin sənliyin haqda
Doğruları udacağıq sadəcə.
Bəmbəyaz kölgə
və işıqlı pıçıltıya söykənərək uyuyacağıq,
Yuxu görəcəyik.
Yuxumuza girər o gerçək dünya…

***

Zaman mənim deyildi onsuz da.
Mənim deyildi o üsyan dolu ürək.
Və eşqin işığı filizləşən səs.
Mənim boğazımdan çıxmamışdı heç.
Bu gün mənim oldu bunların hamısı
Və yenə
Və yenə
Və yenə
yenə sənin ola bilmədim həyat
bəlkə, röyaların hamısı suçlu,
sənin röyaların – anlamsız anlam.
Və yenə gözlərimdəki dərinlikdə
Oyana bilmədi eşq adında dərd.
Sən isə uyudun yuxu görmədən.
oyanıq röyalar öldürər məni,
bir gün görəcəksən
röyandakı o
mən olmayan dünyalar öldürər məni.


sən səma eşqində titrədiyin vaxt,
ruhundan uçanda qapqara quşlar.
Güvən.
Haqq yanına aparacaqlar.
Bizi oyandıran dərin yuxular.

***

Gecələrin birində
səmada o təmiz dərinlikləri,
dolduracaq qanaqdları yanmış
mələk fəryadı
yanğının yolları bağlanılacaq.

işıq damarında dalğalanan o qaranlıq da
buxarlanacaq.
Anların o yuxusuzluğu
Bürünəcəkdir ölüm kölgələrinə
laməkan dalğalarına enər nəfəsim.
səssizliyim içrə əsməkdə külək
və doldurmağa başlayır yeddi tərəfi.
xəyal kimi şəkilsiz bir yalqızlıq.
dəyişməyə başlar külək cığırları.
gecəyə sancılacaq fidan budağı
Kərbəla səhrasın qumları üzrə
şeir yazmağa başlar bu ayaqlarım
bir şeir ki,
səmavi səslərlə bəzənmişdir o
bu qədər soyuq bu yiyəsiz hava
titrəməyə başlayıram.
Və geyərəm isti ağrını.
göy üzünün qızıl pəncərəsindən
baxarkən
gülümsəyir birisi
harda açılmağa başlar çobanyastığı?
Gözlərimin həcmi qədər genişlər gecə.
yenilənər dünyanın iç dünyası.
haradadır çiçəklənir kiprik.
yoxluğuma baxarkən
dinləməyə başlaram.
mənə səma pəncərəsindən baxan o birisinin
gözündəki şəffaf səssizliyi
və sabah anladacaq mənə bütün hekayələri.
Günəş doğacaq
eyni bu an
mənim röyalığım ifşa olacaq.

***

Üsyan qoxulanır səssizliyimdən
ruhuma enmişdir bu boşluq sanki.
Qığılcım saçılır qəlbim-içimdən.
alovda söylənən şərqiyəm, şərqi.
Anka quşu qanından doğmuş o dərd
mənim palçığımdır.
Nifrət sol-sağım.
Altı "tərəf”imi doldurmuş bu gün.
Haqqdan gələn adsız müqəddəs ağrı,
başlanmayan və bitməyən

yolsuzluq yoluyam –
yox sonum, dibim.
Dünya,
Qədəhində mən şərabam –
acıyam.
Həllacdan axmış qan kimi,
Üsyan qoxuyur səssizliyimdən…

Rafiq Seydullaya

Mən bu anı şərab deyə düşünmədim heç,
mən içmədim onu
and içəndəki kimi asan içmədim
söz kimi düşünməmişdim
söyləmədim mən bu anı heç.

düşüncə deyildi o
səs də deyildi.
baxma ki səssizlik də bənzəməz ona
onda yaşamağımı sonra anladım.
sonra bildim ondan keçib gedəcəyimi.
bu an məni içib bitirdi
o məni söylədi söz kimi
düşündü
şərqilər söylədi və səssiz qaldı məndə.
ancaq yaşamadı məni bu an
ancaq yaşamadı...

***

Səssiz bitirəm
bitmişəm məncə...
sovurdum özümü bir sübh çağı,
Bax, bir zərrəmdan yarandı günəş.
Başqa bir zərrəmdən – quşların canı,
Küləklər qayıtmır,
bilirəm bunu.
və yenə bilirəm heçliyimi mən.

Özüm özümlə düşmən edərəm,
özümü qovaraq yalvararam-gəl...
Oh, nələr qalmışdı mənim içimdə,
Zamanın gözləri köksümdə indi.
İndi, mənimdir bu qutlu nifrət.
və eşqə dönən vücud mənimdir

Başqası ilğım,
başqası keçici – bu dünya kimi.
Mənim olan ancaq ağrı həzzi və
səma palçığından yapıldı qəlbim.
Səssizcə bitməkdəyəm...
bitmişəm məncə...

Tərcümə edən: İntiqam Yaşar Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31