manera.az
manera.az

"Fransız filmlərinə baxıram"- Aqşin Yenisey "Beşlik"də/ MANERA.AZ

📅 07.04.2017 14:17

"Fransız filmlərinə baxıram"- Aqşin Yenisey "Beşlik"də/ MANERA.AZ


Manera.az "Beşlik" layihəsində tanınan insanları qısa şəkildə başqa formada təqdim edəcək. Bu dəfə müsahib şair Aqşin Yeniseydir.

- Nələri oxuyursan?

- İngilis şairi Con Bergerin şeirlərini oxuyuram.

Daha bir gün sağ qala bilmək üçün
Hər sabah
Gərəkli qırıntıları axtarmaq və tapmaq
Oyandığın zaman bu qanuni səhrada
Haqq və hüquq deyə bir şeyin olmadığına varmaq.

- Hansı filmləri izləyirsən?

- Fransız filmlərinə baxıram. Heç nədən mövzu yaradırlar.

- Hansı musiqiləri dinləyirsən?

- Məni özümdən uzaqlaşdıran bütün musiqilərə qulaq asa bilirəm. Neyin səsini çox sevirəm.

- Nələrdən imtina edərsən?

- Qürurdan başqa heç nədən.

- Nələrə nifrət edirsən?

- Nifrət etmirəm, əsəbiləşirəm, ötüb keçir.

Tural İsmayılov
MANERA.AZ


Baxış sayı - 2 484 | Yüklənmə tarixi: 07.04.2017 14:17
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031