manera.az
manera.az

Bizə “5” yazdıran “Göy Tanrı” | MANERA.AZ

Bizə “5” yazdıran “Göy Tanrı” | MANERA.AZ
Tanınmış yazıçı Sabir Rüstəmxanlının “Göy Tanrı” romanı çapdan çıxanda sözümün keçdiyi bütün adamlara təkid edirdim ki, mütləq onu oxusunlar. Və keçmiş şagirdlərimdən biri universitetdə tarixdən imtahana gedərkən həmin kitabı əlində tutubmuş. Müəllim otağa girəndə bunu görür, növbə ona çatanda deyir ki, qədim türk tarixinə aid ən gözəl mənbələrdən birini oxuduğun üçün sənə “5” yazıram. Görünür ki, professor da Sabirsevərlərdən imiş.

Əslində buradakı “Göy Tanrı” ifadəsinin kitab adı, Allah və müəllifin özü kimi 3 mənanı bildirməsinə baxmayaraq, mən oxucuların nəzərini ona yönəltmək istəmişdim ki, türkün qədim tarixinə aid Sabir bəyin verdiyi məlumatlar həmişə öz mötəbərliyi ilə fərqlənir. Bu mənada “Göy Tanrı” romanı haqqında əsaslı bir şey yazmaq arzumu hələ də reallaşdıra bilmirəm. Artıq üçüncü dəfə bu qiymətli əsəp haqqında yazsam da, əsl istədiyim işi yenə də sonraya saxlayıram. İndilik isə “Göy Tanrı”nın təsiri ilə, oradakı məlumatlardan faydalanaraq bir neçə söz haqqında düşüncələrimi dəyərli oxucularla bölüşərək onların diqqətini bir daha bu qiymətli əsərə yönəltmək istəyirəm.

1. Kitabda “savçı” sözü peyğəmbər mənasında işlənmişdir. İndi işlətdiyimiz “peyğəmbər” sözü farsca “peyğam-xəbər” və “bər-gətirən” deməkdir. Elə ərəbcə “nəbi” kəlməsi də “xəbərçi” mənasını verir. Deməli, savçı qədim türkcədə, doğma dilimizdədir. Elə “soz-sov”, “savaşmaq – yəni sözləşmək” və s. də həmin kökdəndir. Kitabda həmçinin Savalan dağının zirvəsindəki qədim bir kitabxanadan bəhs olunur. Bu məlumatlardan çıxış edərək “Savalan” sözünün “Sav olan”, yəni “peyğəmbər olan yer” mənasını verdiyini demək olar.

Mən fikrimi əsaslandırmaq üçün dövrümüzün çox savadlı ruhanisi və qədim tarixə yaxşı bələd olan Höccəttülislam Hacı Əliqismətə də müraciət elədim. O, dedi ki, “Nühzətulqülub” və “Əcaibül məxluqat” kitablarında “Savalan dağından bəhs olunur. Orada Məhəmməd (ə.s.) dilindən deyilir ki, Ərdəbil yaxınlığında Səbəlan dağında peyğəmbər qəbri vardır. Deməli, Savalan – peyğəmbər olan yer deməkdir.

2. Əmçi. Kitabda türkəçarə həkiminə “əmçi” deyilməsi daha bir qədim sözə işıq salır. İndi də cənub bölgəsində yaranın sağalmasına “əmlənmək” deyilir. (Yəni sağalması üzünün qaysaqlanması, nəyinsə ona xeyir olması mənasında.)

3. “Göy Tanrı” kitabında “irtım” sözünün izahı “elin bir hissəsi” kimi verilir. Bəlkə də “yarı, yarım” sözlərindən yaranan bu söz “Yardımlı” toponimin izahına kömək ola bilər. Doğrudan da Savalanla ikiyə bölünən Azərbaycanın o üzü Ərdəbil, Təbriz, bu üzü Deman, Yardımlıdır, yəni elin bir hissəsidir.

Həbib Həbiboğlu,
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2022    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31