manera.az
manera.az

Dədə Qorqud səhvini etiraf edib?.. - ARAŞDIRMA | MANERA.AZ

Dədə Qorqud səhvini etiraf edib?.. - ARAŞDIRMA | MANERA.AZ
Bizdə belə bir əfsanə dolaşmaqdadır ki, bütün əşyalara ad verən Dədə Qorqud sonda bəzi səhvlərini bilib demişdir:

Gəlinə ayran demədim, mən Dədə Qorqud,
Ayrana doyran demədim, mən Dədə Qorqud,
İynəyə söykən demədim, mən Dədə Qorqud,
Tikana söykən demədim, mən Dədə Qorqud.


Yəni deməliydim, amma səhv edib deməmişəm.Dədə Qorqud sözünün nəhəgliyi məni inandıra bilməyib onun səhv edə biləcəyinə. Bəlkə kişi demək istəyib ki, demədim ha! Siz də deməyin! Ey mənim övladlarım, desəydim sözlərin əsil mənası itərdi. Məs.: iynəyə paltarı tikdiyi üçün tikən desəydim tikana (qədim türkcə tikənə) bədəni sökdüyü üçün sökən deməliydim. Onda tikənə (ev tikən,paltar tikən və s.) sökən kimi düz olmayan ad qoyulacaqdı.Aləm qarışacaqdı bir-birinə. Məni düz anlayın, sözləri yerində işlədin.

Dahi Füzulinin təbirincə desək;

Ver sözə ehya ki, tutduqca səni xabi- əcəl,
Edə hər saətdə səni ol uyqudan bidar söz.


Mən o sözlərə sığal çəkəcəyəm ki, doğma elimizində-obamızında işlənir. Bəzən yaddan çıxmaqdadır.Bu qədər bol, tükənməz xəzinəmiz ola-ola, niyə məətəl qalırıq, qonşu- bacaya söz üçün qaçırıq? Ərdəbil, Təbriz və s. şəhərlərdən verilən radio-televiziyasında işlənən yerli sözlərimizi işlədəndə sanki utanırıq.Axı bu sözlər neçə min illərdir ki, yaranıb və işlənir!Quranda hərfə and içirlər, sözə, kitaba and içilir.Qələmin müqəddəsliyini, möcüzəsini dəfələrlə sınamışam. Deyə bilmədiklərimi qələm uğurla demişdir hər vaxt. İndi də o müqəddəs varlıq bircə sözü yaddaşlarda canlandıra bilsə bəsimdir. Dama-dama göl olar.Amma gözümü yumub o damaları düşünəndə göl yox,ümman canlanır beynimdə. Çölə-çəmənə səpələnmiş bu güllərdən dərib həmyerli alimlərimizə təqdim etməyi şərəf bilirəm.Onların bu güllərdən dəmət hörüb yenə də elimizin başına tac qoyacaqlarına əminəm.

Belə ki:

Əmçi. Bu söz qədim türk dilində “həkim” mənasını verir.Doğrudanda yaranın yaxşılaşmasına”əmləmək” deyilir bizdə.

Qağa. Böyüyə, hörmətli adamlar hər yerdə”qağa”deyirlər.Ataya qağa deyilməsi isə təkcə bizdədir.Bu söz qədim türk sözü “kağan”dandır. Söz müasir dövrümüzə qədər istiqamətdə dəyişərək gəlmişdir: 1) kağan-qağan-qağa; 2) kağan-xaqan-xan.

Papey. Farsca “izləmə” deməkdir.Bizdə də elə əhəmiyyət vermək”,”dalınca düşmək”kimi işlənir.

Gəlcə. Ancaq bizdə işlənən bu söz palçıqdan sona mal-qaranın yeriməsindən yaranan yola deyilir. Alçaq-hündürlü belə yol heyvanın yeriməsin maneə olur.

Dülüsgərlik eləmək.Səs-küy salana,taqqıltı eləyənə belə deyirlər.Dulusçu dəzgahı bərk taqqa-tuq saldıqından yaranmış.bəzən bu da “tənbur”,”donbur”kimi musiqi alətinə işaradir.

Darımaq. Bizdə “rast gəlmək” mənasında işlənən bu söz “Kitabi-Dədə-Qorqud”da da işlənmişdir.

Benava. Farscadan tərcümədə”səssiz”mənasını verir ki,var –dövləti səsi,sədası nəzərdə tutulduğundan bizdə kasıb,yazığ,fağır mənasında işlənir.

Lələlotux. Erkən yazda ilk bitən yeməli tərədir.”lala”(çiçəyə bizdə lala deyilir) və “otux”-yemək sözlərindəndir.Qışdan çıxan insanların ilk yediyi lələlotux olmuşdur.quzunun ilk dəfə ot yeməyinə də “otuxmaq”deyilir.

Ağnağaz. Yazda çoxlu göyərti,tərə yeyən adamların ən qorxulu düşməni artıq aclıq yox ,zəhərlənmək,yerlidildə”ağulanmaq”dır.Odur ki,zəmi yetişməz bir az sütülündən biçib döyür,ağızın acısını,ağusunu götürmək dəyirmana “ağnağaz”lıq dən aparırlar.

Ardı var...


Həbib Həbiboğlu,
Ədəbiyyat bilicisi
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI