manera.az
manera.az

27 mart - Beynəlxalq Teatr Günüdür

27 mart - Beynəlxalq Teatr Günüdür
Martın 27-si bütün dünyada Beynəlxalq Teatr Günü (World Theatre Day) qeyd olunur.

Manera.az xəbər verir ki, bu qərar Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilib.

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.

Hər il Beynəlxalq Teatr Günü ilə əlaqədar dünyanın bütün teatrlarında, o cümlədən respublikamızda fəaliyyət göstərən teatrlarda müxtəlif tədbirlər keçirilir, tamaşalar nümayiş edilir.

Azərbaycan peşəkar teatrının yaranması da, mart ayına təsadüf edir.

Azərbaycan peşəkar milli teatrının əsası 1873-cü il martın 10-da Bakıda “Lənkəran xanının vəziri” komediyasının səhnəyə qoyulması ilə qoyulub. Ölkə prezidenti “Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında” Sərəncam imzalayıb, 10 mart ölkəmizdə “Milli Teatr Günü” kimi təsis edilib.

Bu gün ölkəmizdə 27 dövlət teatrı fəaliyyət göstərir. Bu teatrlarda 700-dək aktyor çalışır.

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2020    »
1234567
891011121314
15161718192021
22232425262728
2930