27 Mart Beynəlxalq Teatr Günüdür MANERA
MANERA.AZ xəbər verir ki, bu gün 27 Mart Beynəlxalq Teatr Günüdür. (World Theatre Day)
Hər il dünyada keçirilməsi ilə bağlı qərar UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1962-ci ildə Vyanada keçirilən konqresində qəbul olunub.
Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə mesaj göndərən fransalı yazıçı Jan Kokto (1962-ci il) olub.
Teatr yunancadan tərcümədə "tamaşa yeri" "tamaşa etmək" sözündən götürülüb. Teatr incəsənətin bir növü olub, hiss, fikir və emosiyaların tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır.
Azərbaycanın milli teatr tarixi tarixi Mirzə Fətəli Axundovun 1873-cü ilin mart və aprel aylarında Bakıda səhnəyə qoyulan "Lənkəran xanının vəziri" və "Hacı Qara" tamaşalarından başlanır.
Turan Etibaroğlu
Manera.az