manera.az
manera.az

Novruz günlərində uşaqlar üçün “Sehrli sandıq” şənliyi olacaq

  Novruz günlərində  uşaqlar üçün “Sehrli sandıq” şənliyi olacaq


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Novruz bayramı günlərində azyaşlılar üçün “Sehrli sandıq” şənliyini təqdim edəcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a verilən məlumata görə, Könül Məmmədovanın “Sehrli sandıq” əsəri əsasında hazırlanacaq eyniadlı şənliyin rejissoru Anar Sadıqov, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgəroğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Könül Kərimovadır.

Şənlikdə aktyor Rüstəm Rüstəmov, (Dədə Qorqud), Əməkdar artist Mehriban Xanlarova (Buta), aktrisa Ayşən Əsədova (Sürməli qız), Əməkdar artist Sevinc Əliyeva (Tirməli qız), aktyorlar Rada Nəsibova (Hörməli qız), Şahin Tağızadə (Ağıllı oğlan), Ləman Fərmanlı (İgid oğlan), Əminə Cəfərova (Dürüst oğlan), Vüsal Məmmədov (Kosa) və Elçin Hacıyev (Keçəl) iştirak edəcək.

Martın 20, 21, 22, 23-də nümayiş ediləcək şənlik saat 11:00, 13:00 və 15:00-da başlayacaq

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2019    »
 123
45678910
11121314151617
18192021222324
252627282930