manera.az
manera.az

“Keçəlin şahlığı” olacaq |MANERA

📅 17.03.2016 12:00

 “Keçəlin şahlığı” olacaq |MANERA
Novruz bayramı günlərində Akademik Milli Dram Teatrında “Keçəlin şahlığı” tamaşası nümayiş olunacaq. “Keçəlin şahlığı” tamaşası M.F.Axundzadənin “Aldanmış kəvakib” əsərinin motivləri əsasında hazırlanıb.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, tamaşada uşaqların və gənclərin estetik tərbiyəsi, psixoloji hazırlığı ilə bağlı bir sıra vacib məqamlara toxunulub.

Səhnə əsərində “Sehrli xalat” filmi də xatırlanır. İo-Kio babanın sehrli xalatı vasitəsilə keçmişə səfər edilir, Novruz bayramının keçmiş və gələcəklə bağlı olduğu xüsusi vurğulanır.

Səhnə əsərində əsas rolları Əməkdar Artist Mehriban Xanlarova, aktyorlar Hikmət Rəhimov, Rada Nəsibova, Elnar Qarayev, İlahə Həsənova, Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov və başqaları ifa edir.

Tamaşa martın 19-dan 29-dək gündə dörd seans olmaqla (saat 11:00, 13:00, 15:00, 17:00) teatrsevərlərin ixtiyarına veriləcək.

“Keçəlin şahlığı” səhnə əsərinin rejissorları Anar Sadıqov və Əlif Cahangirovdur.


Baxış sayı - 1 433 | Yüklənmə tarixi: 17.03.2016 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031