manera.az
manera.az

Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anılıb

📅 10.03.2019 18:05

Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anılıb
Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri Mirzə Fətəli Axundovun vəfatının 141-ci ildönümü ilə bağlı tədbir keçirilib.

Manera.az xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində böyük ədibin xatirəsi anılıb.

“Mirzə Fətəli Axundov və Tiflis” adlı tədbirdə azərbaycanlı gənclər və ziyalılar iştirak ediblər.
Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anılıb
Tədbirdə dramaturq haqqında müxtəlif dillərdə nəşr olunmuş kitablar, onun və ailə üzvlərinin portret və fotoları sərgilənib.

M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi Leyla Əliyeva tədbir işitrakçılarına yazıçının həyat və yaradıcılığı barədə məlumat verib. O bildirib ki, M.F.Axundov 66 illik ömrünün 44 ilini Tbilisidə yaşayıb.

L.Əliyeva xatırladıb ki, Tbilisidə M.F.Axundovun adına küçə var və şəhərdəki 73 saylı Azərbaycan dilli məktəb də onun adını daşıyır.
Tbilisidə Mirzə Fətəli Axundovun xatirəsi anılıb
Muzey direktorunun sözlərinə görə, böyük ədibin bütün əsərləri gürcü dilinə tərcümə olunub və yaxın zamanlarda həmin əsərlərin yer aldığı kitab işıq üzü görəcək.

Tədbir çərçivəsində rejissor Ramiz Həsənoğlunun M.F.Axundovun 200 illik yubileyi ilə əlaqədar çəkilmiş “Sübhün səfiri” filmi də nümayiş etdirilib../report.az/

MANERA.AZ


Baxış sayı - 1 009 | Yüklənmə tarixi: 10.03.2019 18:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031