manera.az
manera.az

Şəkidə keramika sənəti üzrə Beynəlxalq Simpozium keçiriləcək

📅 01.03.2019 17:15

Şəkidə keramika sənəti üzrə Beynəlxalq Simpozium keçiriləcək
May ayının 20-dən iyunun 2-dək Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində keramika sənəti üzrə "Təbiətdən Tarixə" adlı Beynəlxalq Simpozium keçiriləcək.

ABAD-dan Manera.az-a verilən məlumata görə, məqsəd müxtəlif ölkələrdən olan keramika ustaları ilə təcrübə mübadiləsi aparmaq, mədəni ənənələri gücləndirmək, simpoziumun iştirakçıları və ziyarətçilərini keramika sənətinin müasir tendensiyaları ilə tanış etməkdir.

Simpoziumda xarici sənətkar-keramistlərin iştirakı nəzərdə tutulub. İştirakçılar www.ceramicsymposium.org saytında qeydiyyatdan keçmiş şəxslər arasından seçiləcək.
Şəkidə keramika sənəti üzrə Beynəlxalq Simpozium keçiriləcək
İki həftə davam edəcək simpoziumun sonunda iştirakçıların keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Şəki ABAD Keramika və Tətbiqi Sənət Mərkəzinin açılışı 2018-ci ilin oktyabr ayının 29-u Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub.

Qeyd edək ki, "Təbiətdən Tarixə" Simpoziumu burada təşkil olunan ilk beynəlxalq tədbirdir.

MANERA.AZ


Baxış sayı - 1 348 | Yüklənmə tarixi: 01.03.2019 17:15
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031