manera.az
manera.az

Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

📅 26.08.2018 20:25

Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək
Art Tower" rəsm qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək.

MANERA.AZ xəbər verir ki, festival Gənclər Şəbəkəsi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Mədəniyyət Nazirliyi və "Arts Concil Azerbaijan" qeyri-hökumət təşkilatının dəstəyi ilə təşkil olunacaq.

Bu barədəə "Arts Concil Azerbaijan" qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. Onun sözlərinə görə, festivalda batika, qobelen, keramika, şəbəkə, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Festivalın məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsil arasında maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etməkdir. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır.

İştirakçılar əsərlərinin fotosunu sergi@artscouncil.az elektron ünvana göndərə bilərlər. Hər iştirakçı beş əsərinin fotosunu göndərə bilər. Fotolar kiçik ölçüdə olmalıdır. Festivala son müraciət tarixi sentyabrın 30-da başa çatır.


Baxış sayı - 1 534 | Yüklənmə tarixi: 26.08.2018 20:25
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031