manera.az
manera.az

Fuad Cəfərlinin imza günü keçirilib

Fuad Cəfərlinin imza günü keçirilib
Fevralın 23-ü AMEA-nın "Akademkitab" kitab evində şair Fuad Cəfərlinin AYB Kitab layihəsi çərçivəsində "Latın sükutu" kitabının təqdimat mərasimi və imza günü keçirilib.

Tədbirdə ədəbiyyatşünaslar, tanınmış ictimaiyyat nümayəndələri, şairin qələm dostları, ailə üzvləri və oxucular iştirak ediblər.

Tədbirin aparıcısı Kənan Hacı Fuad Cəfərlinin yaradıcılığı barədə məlumat verərək onun müasir poeziyamızda öz dəsti-xətti olduğunu vurğulayıb.

Kitabın redaktoru, Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr bölməsinin rəhbəri şair Səlim Babullaoğlu F.Cəfərlinin yaradıcılığından danışarkən deyib ki, şairin ən böyük işi susmağı bacarmaqdır. O susursa, deməli axtarır, düşünür, müşahidə edir. F.Cəfərli də susmağı bacaran, gördüklərini. müşahidə etdiklərini öz şeirlərində ustalıqla yazan şairdir.

Şair Əlisəmid Kür çıxışında deyib: "O şair ki, içini əvvəldən axıra təmiz saxlayacaq, deməli, o, yaşayacaq, həmişə də yazacaq. Fuada da onu arzulayıram. O, çox təmizdir".

Fəlsəfə doktoru, pedaqoq Mail Yaqub çıxışında ədəbiyyat, söz haqqında düşüncələrini bölüşüb, Fuad Cəfərlinin sözə münasibətindən danışıb: "Ədəbiyyat ciddi dünyadır, fəlsəfə, söz sahəsidir. Bu sahəni yaradan insan özü də ciddi olmalıdır. Məncə, yüksək tərbiyəsi olmayan insan yüksək ədəbiyyat yarada bilməz. Fuad həmin o şəxsiyyətlərdəndir, bütövdür. Uğurlar arzulayıram!"

Bu kitabın çapını çoxdandır gözlədiyini deyən telejurnalist Mintac Elsevər vurğulayıb ki, Fuad Cəfərli özünü yazan, özündən yazan şairdir. Onun şeirlərinin hər misrası ürək yağı ilə yazılıb: "Kitabın yaranmasında Fuadla birgə mən də çox böyük həyəcan keçirmişəm. Ona görə də kitab mənə hər misrasıyla doğmadır. Bu şeirlərin hamısında Fuadın özü var.

Şair, ədəbiyyatşünas Vüqar Əhməd F.Cəfərlinin şairlikdən əlavə istedadları da olduğunu qeyd edib: "O, eyni zamanda, gözəl qiraət ustasıdır, musiqi duyumu və gözəl səsi var. Amma bütün hallarda poeziya onda daha gözəl alınır. Arzu edirəm ki, bundan sonra da yazsın, yaratsın.

Daha sonra çıxış edənlərdən Qəşəm Nəcəfzadə, Əyyub Qiyas, Ümid Nəccari, Günel Eyvazlı, Azər Qismət, Şahanə Müşfiq, Dayandur Sevgin, Ayaz Arabaçı, Nicat Həşimzadə, Ulucay Akif, Emil Rasimoğlu, İntiqam Yaşar, Akəm Xaqan, Vasif Zöhraboğlu, Arzu Hüseyn və başqaları şair haqqında fikirlərini bölüşüb, onu yeni kitabı münasibətilə təbrik ediblər.

Sonda Fuad Cəfərli hər kəsə təşəkkür edib, kitablarını qonaqlar üçün imzalayıb./525.az/

Manera.az təqdimatdan fotolar təqdim edir:

Fuad Cəfərlinin imza günü keçirilib
Fuad Cəfərlinin imza günü keçirilib
Fuad Cəfərlinin imza günü keçirilib
Fuad Cəfərlinin imza günü keçirilib
Fuad Cəfərlinin imza günü keçirilib

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2021    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031