manera.az
manera.az

Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü gördü

📅 16.02.2019 11:47

Fuad Cəfərlinin şeirlər kitabı işıq üzü gördü
Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü şair Fuad Cəfərlinin yeni şeirlər kitabı çapdan çıxıb.

Manera.az xəbər verir ki, “Latın sükutu” kitabının ön sözünü tanınmış şair Səlim Babullaoğlu yazıb.

Korrektorları Tural Turan və Ulucay Akifdir. Kitab 76 səhifədən ibarətdir. “Latın sükutu”nda şairin son illərdə qələmə aldığı şeirlər toplanıb.

F.Cəfərlinin şeirlər kitabı Azərbaycan Yazıçılar Birliyinin AYB Kitab layihəsi çərçivəsində çapdan çıxıb.

Kitabın təqdimatı fevralın 23-ü, saat 14:00-da AMEA-nın “Akademkitab” kitab evində keçiriləcək.

Qeyd edək ki, “Latın sükutu” Fuad Cəfərlinin oxucularla ikinci görüşüdür.

MANERA.AZ


Baxış sayı - 1 404 | Yüklənmə tarixi: 16.02.2019 11:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031