"Emedia group" Xocalı soyqırımını anacaq

24 fevarl 2019-cu il saat 15:00 da “EMEDIA GROUP” un təşkilatçılığı və “QAFQAZ BAKI SAHİL” Hotelin təşkilatı dəstəyi ilə Xocalı soyqırımının 27-ci il dönümünə həsr olunmuş anım gecəsi keçiriləcəkdir.
Xocalı soyqırımının 27-ci ildönümünün qeyd olunması bir daha sübut edir ki, həmin qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik və cinayətin dəhşətləri yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bəşəriyyət, insanlıq əleyhinə törədilmiş qanlı cinayətdir.
Hər il bu faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və dost xalqların nümayəndələri tərəfindən qeyd olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünya ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampaniyanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.
Baş tutacaq anım mərasiminin səbəbi odur ki biz Xocalını unutmadık..unudmayacağıq və unutdurmayacagiq.
Tədbirdə Millət vəkilləri, QHT rəhbərləri, Bakıda olan xarici ölkələrin səfirləri, yerli və xarici Televiziya kanallarının rəhbərləri, incəsənət sahəsinin rəhbərlikləri və karifey səsntkarlarımız iştirak edəcək.
MANERA.AZ