manera.az
manera.az

Xocalı soyqırımından bəhs edən “Ağrı”romanı Azərbaycan dilində

📅 22.02.2019 15:14

Xocalı soyqırımından bəhs edən “Ağrı”romanı Azərbaycan dilində
Azərbaycan Dövlət Tərcümə Mərkəzi Xocalı soyqırımının 27-ci ildönümünə Heydər Əliyev Fondunun dəstəyi ilə “Ağrı” bədii-sənədli əsərini nəşr edib.

İsrail müəllifləri Əmir Arye Qutun ərsəyə gətirdiyi roman Azərbaycan xalqının unudulmaz Xocalı ağrısını real hadisələr və sənədli materiallar əsasında işıqlandırmaqla yanaşı, baş vermiş faciənin insan talelərinə vurduğu zədələrdən, beynəlxalq aləmin, hələ də bu bəşəri haqsızlığa laqeyd, susqun münasibətindən bəhs edir.

Əsərdə göstərilən faktlar Xocalı soyqırımının təfərrüatlarının üzə çıxarılması, törədilmiş tarixi ciyanətlə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması baxı­mından fundamental əhəmiyyətə malikdir.

Bir neçə xarici dildə nəşr olunmuş kitabı dilimizə tanınmış Azərbaycan yazıçısı, tərcüməçi Saday Budaqlı çevirib.

MANERA.AZ


Baxış sayı - 1 136 | Yüklənmə tarixi: 22.02.2019 15:14
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031