manera.az
manera.az

ADMİU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub

📅 14.05.2017 11:37

ADMİU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub


Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə “Sonsuz dəhliz” filmi nümayiş olunub

Nazirliyin nümayəndəsi İntiqam Babayev və Universitetin professor müəllim, tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, filologiya elmləri üzrə doktor, professor Gülşən Əliyeva Xocalı faciəsinin yalnız Azərbaycana deyil, bütün bəşəriyyətə qarşı törədilmiş vəhşilik olduğunu və bu soyqırımın gənclərin yaddaşına həkk edilərək, hər zaman anılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, litvalı rejissor Aleksandras Brokasın Xocalı soyqırımından söz açan sənədli filmi “Sonsuz dəhliz”, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində hazırlanıb. Litvalı jurnalist Riçardas Lapaytis 23 il əvvəl Ermənistan Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və Xocalı soyqırımını işıqlandırıb, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb və ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də yaxınlarını itirən insanların hekayələrini dinləyib. Filmin süjeti real hadisələr və kütləvi qırğını öz gözü ilə görmüş insanların xatirələri əsasında qurulub. “Xocalıya ədalət!” beynəlxalq kampaniyanın məqsədi Xocalı Soyqırımı,
Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasından ibarətdir. Kampaniya çərçivəsində Xocalı Soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi istiqamətində, eləcə də soyqırım qurbanlarının xatirəsinin yad edilməsinə həsr edilmiş çoxsaylı beynəlxalq və ölkə səviyyəli tədbirlər keçirilir. “Sonsuz dəhliz” filmi professor-müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanıb, “Xocalıya ədalət!” kampaniyasının həyata keçirilməsini yüksək dəyərləndilərək bu kimi tədbirlərin Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addımlardan biri olduğu vurğulanıb

ADMİU-da “Sonsuz dəhliz” filmi nümayiş olunub



Turan Etibaroğlu
Manera.az


Baxış sayı - 1 589 | Yüklənmə tarixi: 14.05.2017 11:37
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031