manera.az
manera.az

Orxan Paşanın kitabı İranda nəşr olunub

📅 21.02.2019 13:47

Orxan Paşanın kitabı İranda nəşr olunub
Azərbaycan elmi ictimaiyyətinin və saz-söz adamlarının görkəmli alim, aşıq sənətinin bilicisi kimi tanıdığı Əməkdar elm xadimi, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, həm də könüllər oxşayan şeirlər müəllifidir. Poeziya həvəskarları onu şair Orxan Paşa kimi tanıyırlar. Bu günlərdə M.Qasımlının – Orxan Paşanın "Taleyimdən və ürəyimdən keçənlər” adlı kitabı İranda nəşr olunub.

Manera.az xəbər verir ki, "Əxtar” nəşriyyatında işıq üzü görən kitabı nəşrə Məcid Teymurifər (Səfa) hazırlayıb.

Kitabda müəllifin uzun illər ərzində taleyindən və ürəyindən keçən düşüncələri əks etdirən kiçik qeydləri toplanıb. Burada həyati müşahidələrdən irəli gələn xəlqi ümumiləşdirmələr, fərdi poetik duyğular, ədəbi-estetik dəyərləndirmələr, sətiraltı eyhamlar və s. yer alıb.

Xatırladaq ki, müəllifin eyniadlı kitabı 2017-ci ildə Bakıda "Elm və təhsil” nəşriyyatında çap olunub.

MANERA.AZ


Baxış sayı - 887 | Yüklənmə tarixi: 21.02.2019 13:47
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031