manera.az
manera.az

Saz havası üstə köklənmiş şeirlər

📅 05.12.2017 11:55

Saz havası üstə köklənmiş şeirlər
Poeziyasevərlərə Orxan Paşa imzası ilə yaxşı tanış olan Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının yeni şeirlər kitabı təqdim olunub.

MANERA.AZ xəbər verir ki, “Saz başına döndüyüm” adlı kitab “Elm və təhsil” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb və burada şairin qoşma və gəraylıları yer alıb.

Lirik-romantik duyğuların, ana yurdun gözəlliklərinin tərənnüm olunduğu, milli dövlətçilik düşüncəsinin və dünyanın fəlsəfi dərkinə yönəlmiş dəyərləndirmələrin öz əksini tapdığı şeirlərin hamısı çeşidli saz havalarında səsləndirilə biləcək poetik mətnlərdir.

Kitabın redaktoru Yeganə Məmmədovadır.


Baxış sayı - 1 678 | Yüklənmə tarixi: 05.12.2017 11:55
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031