manera.az
manera.az

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək

📅 14.02.2019 16:56

Pantomima Teatrı uşaqlar üçün tamaşa göstərəcək
Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb.

Belə ki, fevralın 17-də teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq.

Teatrdan Manera.az-a bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir.

Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.

MANERA.AZ


Baxış sayı - 1 101 | Yüklənmə tarixi: 14.02.2019 16:56
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 123456
78910111213
14151617181920
21222324252627
282930