manera.az
manera.az

Pantomima Teatrı yeni mövsümün açılışına hazırlaşır

📅 13.09.2018 13:04

Pantomima Teatrı yeni mövsümün açılışına hazırlaşır
Azərbaycan Dövlət Pantomima Teatrının yaradıcı kollektivi 26-cı teatr mövsümünün açılışına hazırlaşır.

Teatrdan MANERA.AZ-a bildirilib ki, sənət ocağı yeni mövsümü sentyabrın 15-də "İt gəzdirən xanım” adlı səhnə əsəri ilə açacaq. Bundan başqa, sənət ocağında sentyabrın 16-da "Dejavü”, 22-də "Ağ bığlılar” və 23-də "Underground” tamaşaları oynanılacaq.

Həmçinin sentyabrın 29-da teatrın repertuarında xüsusi yer tutan "Qoca və Mələk”, 30-da "Fəlakət və İnsan” maarifləndirici tamaşa və "Mənim balığımsan” adlı tamaşalar izləniləcək.

Xatırladaq ki, teatr ötən mövsümə "İt gəzdirən xanım” tamaşası ilə yekun vurub. Leyla Atayevanın quruluşunda təqdim edilən səhnə əsərində rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Xalq artisti Bəxtiyar Xanızadəyə məxsusdur. Rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan

Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırır.


Baxış sayı - 1 311 | Yüklənmə tarixi: 13.09.2018 13:04
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031