manera.az
manera.az

Uşaqlar üçün tamaşa göstərəcək

📅 07.06.2016 11:22

Uşaqlar üçün tamaşa  göstərəcək

Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, iyun ayında da uşaqları yaddan çıxarmayıb. Teatrın iyun ayında balaca tamaşaçılar üçün nəzərdə tutulan repertuarını təqdim edirik:

19 iyun - Bəxtiyar Xanızadə. “Fəlakət və insan”;
26 iyun - Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”.

“Fəlakət və insan” tamaşasında zəlzələ və daşqın zamanı uşaqlara nə etmək, necə qorunmaq lazım olduğu aktyorların ifasında nümayiş etdiriləcək. “Balaca şahzadə” tamaşası uşaqlarda dostluq münasibətlərinin qorunması fikirlərini aşılayır. Pantomimanı “sözsüz teatr” da adlandırmaq olar.

Teatrın universal dili olaraq qəbul edilən pantomima, yəni hərəkətin dili ilə istənilən duyğu və ya mövzunu izah etmək olar. Azərbaycanda pantomima teatrının tarixi 1994-cü ildən başlayır. Sonradan bu teatr-studiya Dövlət Pantomima Teatrına çevrilib.

Teatrın baş rejissoru Bəxtiyar Xanızadədir.

Tamaşalar saat 14:00-də başlayır.


Baxış sayı - 1 591 | Yüklənmə tarixi: 07.06.2016 11:22
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930