Bu gün Azərbaycan Dövlət Pantomim Teatrının 23 yaşı tamam olur. Dövlət Pantomim Teatrı Azərbaycan teatr tarixində ilk pantomim teatrdır.Qeyd edək ki,Dövlət Pantomim Teatrı 16 may 1994-cü ildə Respublikanın mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir.
Azərbaycanda pantomim sənətinin və teatrının əsasını qoyan Xalq artisti Bəxtiyar Xanızadədir.
Truppa indiyədək bu tamaşaları hazırlamışdır: “Ümid” -Ş.Bekket /”Bir aktyor üçün mim”/ - pantomim, “Pantomim buketi” - B.Xanızadə - pantomim, “Karol xofu” - S.Mrojek – eksperimental tamaşa, “Gəldim ki, olam ğəmin hərifi” - M.Füzuli “Leyli və Məcnun” poeması əsasında – pantomim balet, “Şəngül, Şüngül, Məngül” - M.Musabəyov – divertisment –tamaşa, “Manqurt” -Ç,Aytmatov /”Gün var əsrə bərabər” povestinin motivləri əsasında/ - pantomim, “Dulusçu” - Ü.Hacıbəyov /”Biz nə tövr iş görürük?” fleytonu əsasında/- pantomim, “Zibillik pərvanələri” - B.Xanızadə - pantomim, “Eşq” - B.Xanızadə (V.Şekspirin sonetləri əsasında plastik düşüncə), “Balaca şahzadə” - Antuan de Sent Ekzüperi –nağıl –tamaşa, “Maska” - Zaur Zeyanlov – pantomim, “Çərçivə” - Ə.Abdulayev – pantomim, “Dejavü” - S.Hacıyeva – pantomim və s.
2000-ci ildə “Dəli yığıncağı” pantomim teatr-studiyasına Dövlət statusu verilib.
Hal-hazırda teatrın baş rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir.
Turan Etibaroğlu
MANERA.AZ
Baxış sayı - 2 433 |
Yüklənmə tarixi: 16.05.2017 12:02