manera.az
manera.az

Dünyaca məşhur “Celentano Tribute Show” Bakıda...

📅 14.02.2019 16:53

Dünyaca məşhur “Celentano Tribute Show” Bakıda...
Bütün dünyada trend olan italyan şousu - “Celentano Tribute Show” fevralın 13-də Heydər Əliyev Sarayında təqdim olunub.

Manera.az xəbər verir ki, bu şou sevimli italyan sənətkarı, dünya şöhrətli müğənni Adriano Çelentanonun ən yaxşı mahnılarını eşitmək üçün əla şans yaradıb.

“Celentano Tribute Show” tamaşaçıları o qədər heyran edib ki, onlar qarşılarında çıxış edənin Adriano Çelentanonun özü olduğundan şübhə etməyiblər. Bu təkrarsız şouya baxan hər kəs Adriano Çelentanonun konsertində olduğunu bir anlıq hiss edir.

Şounun bütün çıxışları detallarına qədər düşünülüb. Xüsusi diqqət isə səhnə qəhrəmanının - Maurizio Schveizerin səhnə obrazına yetirilib. Onun bütün səhnə kostyumlarına baxdıqda Çelentanonun kostyumlarının tam eynisini görmək olur.

İstedadı və böyük əməyi sayəsində Maurizio öz tanınmış əkizinin obrazının bütün detallarını - səsini və hərəkətlərini inanılmaz bacarıqla təkrarlaya bilib.

Şou-konsert öz rəngarəngliyi ilə də izləyiciləri heyrətə gətirib, tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

MANERA.AZ


Baxış sayı - 939 | Yüklənmə tarixi: 14.02.2019 16:53
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031