manera.az
manera.az

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması nəşr olunub

📅 03.02.2019 15:36

Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması nəşr olunub
“Şərq-Qərb” nəşriyyatı dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını nəfis şəkildə çap edib.

Bu barədə Manera.az-a AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundan bildirilib.

Kitab AMEA-nın klassik irs seriyasından Nizami Gəncəvi yaradıcılığının nəşri layihəsi çərçivəsində hazırlanıb.

Layihənin rəhbəri AMEA-nın prezidenti, akademik Akif Əlizadə, redaktoru Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylidir.

Yeni nəşrə Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli “Ərəb paltarlı türkün talesizliyi” sərlövhəli “Ön söz” yazıb və şairin soy-kökü məsələsinə bir daha aydınlıq gətirib. Qum versiyasını və “rəiseyi-qord” birləşməsi kimi elmi əsası olmayan ehtimalları təkzib edən alim şairin Gəncədə doğulub böyüdüyünü və atasının türk olduğunu elmi-məntiqi dəlillərlə təsdiqləyib.

Xalq şairi Səməd Vurğun tərəfindən böyük sənətkarlıqla Azərbaycan dilinə çevrilən bu əsər Əməkdar rəssam Fəxrəddin Əlinin ustalıqla çəkdiyi rəsm nümunələri ilə oxuculara təqdim edilib.

MANERA.AZ


Baxış sayı - 2 066 | Yüklənmə tarixi: 03.02.2019 15:36
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031