manera.az
manera.az

Qazaxda Akif Səmədin 60 illiyi qeyd olunub

📅 01.02.2019 12:00

Qazaxda Akif Səmədin 60 illiyi qeyd olunub
Şair Akif Səməd qeybdən gəlmiş adamı xatırladırdı. Onu görən elə sanırdı ki, guya gözləri alacalanır, düşünürdü: Bu odurmu, o deyilmi? Bu yer adamıdımı, yoxsa göy adamıdımı. Bu, hər kəsin adi gözlə görəcəyi bir şairdimi, yoxsa ulu Ozandımı, Aşıqdımı?!

Akif Səməd yazırdı: "Anamı ağladır şair olmağım". İspan şairi Q.Lorka deyirdi ki, dünyada ölümdən də qorxulu bir şey var: o şairlikdir.

Akif Səməd həmin qorxulu yolu seçdi.

Akif Səməd şair oldu.

Və dedi ki, şairlik hər kəsin işi deyil.

Bu il Akif Səmədin 60 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin və Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Qazaxdakı Ədəbiyyat Muzeyində onun haqqında ARB-Aran televiziya şirkətinin hazırladığı filmin təqdimat mərasimi oldu.

Tədbiri giriş sözüylə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açdı.

AYB Qazax filialının sədri Barat Vüsalın aparıcılığı ilə davam edən tədbirdə əvvəlcə şair haqqında çəkilmiş "Ölüm nəmənədir" filmi nümayiş etdirildi. ARB-Aran televiziya şirkətinin baş direktoru İqbal Məmmədəliyev, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi, rəssam, şairin dostu Nəvai Mətin, AYB üzvləri Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Məzahir Yaqub, Mübariz Qaragözlü, İradə Aytel və şairin bacısı Rəfiqə Məmmədova çıxış etdilər, Akif Səməd sənətinin özəlliklərindən danışdılar, xatirələr söylədilər, şeirlər dedilər, filmi yüksək qiymətləndirdilər../525.az/

MANERA.AZ


Baxış sayı - 1 038 | Yüklənmə tarixi: 01.02.2019 12:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031