manera.az
manera.az

Yeni ədəbiyyat dərgisi təqdim olunacaq _MANERA

Yeni ədəbiyyat dərgisi təqdim olunacaq _MANERA


“Ustad” ədəbiyyat və sənət dərgisinin ilk sayı çapdan çıxıb

MANERA.AZ-ın məlumatına görə, ayda bir dəfə çap olunması planlaşdırılan dərgidə kino, teatr, musiqi və sənətin digər sahələrində məqalələr, araşdırmalar, həmçinin yeni əsərlər yayımlanacaq.

“Hədəf Nəşrləri”nin təsis etdiyi dərginin baş redaktoru Şəmil Sadiq, redaktoru Nərgiz Cabbarlıdır.

“Ustad”ın ilk sayında İsa Həbibbəylinin “Ustadlığa doğru”, Nizami Cəfərovun “Ədəbiyyatın müstəqilliyindən müstəqilliyin ədəbiyyatına”, Alxan Bayramoğlunun “Dövlət himnimizin söz və mətninin müəllifi kimdir”, Qan Turalının “Ustad”, Elxan Nəcəfovun “Sufilikdən bir az” məqalələri dərc edilmişdir.

Bununla yanaşı Nərgiz Cabbarlının Rübabə Muradova haqqında “Bir mahnının müəmması, yaxud naməlum gəncin sevgi məktubu”, Şəmil Sadiqin “Türk hökmdarlarının sözü və qılıncı”, Dilqəm Əhmədin “Kəmalüddövlə tvitləri”, Salvador Dali “Rənglərin söhbəti”, Fərid Hüseynlinin “Cizgi roman nədir“, Səma Fuadqızının İtkin düşmüş “Köpək” araşdırma və təhlil yazıları dərgidə yer almışdır.

“Ustad”ın ilk sayının ədəbiyyat bölümündə Aslan Quliyevin “Gülümsəyən qız”, Kənan Hacının “Siçovullar üçün darıxan gəmi”, Müşfiq XANın “naŞİR”, Cəlil Cavanşirin “Əyyubun səbri”, Azad Qaradərəlinin “Tanış olmayan yazı” yeni hekayələri, Andre Moruadan “Yaşamaq elmi haqqında gənc dostuma məktub”, Haruki Murakamidən “Yeddinci adam”, Viktorin Orinin “Diş ağrısı, yaxud zavallı Matoren” yeni tərcümələr; Məmməd Arif və Şahmar Əkbərzadənin “Səməd Vurğun haqqında dərc olunmamış xatirələr”, Elxan Zalın “Böyük çölün böyük oğlu”, Rəsmiyyə Sabirin yeni şeirləri, Vidadi Babanlı ilə müsahibə – “Mən sovet dövrünün yazıçısıyam!” yazıları çap edilmişdir.

Qeyd edək ki, 27-si, saat 16:00-da Kitabevim.az kitab marketində “Ustad”ın təqdimatı keçiriləcək.


Yeni ədəbiyyat dərgisi təqdim olunacaq _MANERA


Baxış sayı - 1 930 | Yüklənmə tarixi:




Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2025    »
1234567
891011121314
15161718192021
22232425262728
293031