manera.az
manera.az

“Qızıl Pəri” peşə müsabiqəsi başladı

📅 16.07.2018 16:28

“Qızıl Pəri” peşə müsabiqəsi başladı
“Qızıl Pəri” peşə müsabiqəsinə əsərlərin qəbulu başlayıb.

Manera.azın verdiyi xəbərə görə, Azərbaycan Professional Kinorejissorlar Gildiyası, Professional Aktyorlar Gildiyası, Azərbaycan Prodüserlər Gildiyası, “Xəzər” Universiteti, “Azərbaycanfilm” kinostudiyası və “CineAlliance” Kino Şirkətinin təşkilatı və “525-ci qəzet”in və “Kulis.az” internet dərgisinin informasiya dəstəyi ilə Azərbaycan Kino Akademiyasının keçirdiyi müsabiqə kinematoqrafiya və televiziya sahələrini əhatə edir.

“Qızıl Pəri” peşə müsabiqəsində aşağıdakı nominasiyalar üzrə seçim ediləcək:


I. “Qızıl Pəri” mükafatı


1. Ən yaxşı bədii film

2. Ən yaxşı TV serial

3. Ən yaxşı sənədli film

4. Ən yaxşı telefilm

5. Ən yaxşı müəllif verilişi

6. Ən yaxşı cizgi filmi

7. Ən yaxşı qısa bədii film

8. Ən yaxşı qısa sənədli film

9. Ən yaxşı debüt

10. Ən yaxşı rejissor işi

11. Ən yaxşı prodüser

12. Ən yaxşı orijinal ssenari

13. Ən yaxşı aktrisa

14. Ən yaxşı aktyor

15. Ən yaxşı operator işi

16. Ən yaxşı rəssam işi

17. Ən yaxşı musiqi

18. Ən yaxşı montaj

19. Ən yaxşı geyim üzrə rəssam

20. Ən yaxşı qrim rəssamın işi

21. Ən yaxşı səs rejissoru

22. Ən yaxşı xarici film (qonşu ölkələrin)

23. Milli kinonun inkişafına verdiyi töhfələrinə görə

24. Milli televiziyanın inkişafına verdiyi töhfələrinə görə


II. “Qızı Pəri” mükafatının “Xüsusi Diplomu”


1. Ən yaxşı kommersiya uğurlu film

2. Ən yaxşı tələbə işi

3. Ən yaxşı vizual effekt

4. Ən yaxşı reklam çarxı

5. Ən yaxşı musiqi klipi

6. Ən yaxşı həvəskar filmi


II. Kino tənqidçilərinin xüsusi diplomları:


1. Ən uğurlu yenilik

2. Ən yaxşı müstəqil film

3. Ən cürətli rejissor işi

Əsərlər 2018-ci ilin 1 oktyabrına qədər təqdim edilə bilər. Ətraflı məlumat üçün üaşağıda ünvan və telefonlardan istifadə edə bilərsiniz.

www.audiovisual.az saytı və e-mail: info@audiovisual.az
Tel: 431-77-31; mob: 050 366 92 21;


Baxış sayı - 1 482 | Yüklənmə tarixi: 16.07.2018 16:28
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031