manera.az
manera.az

“Əlincə qalası” tamaşası nümayiş ediləcək

📅 08.01.2019 13:05

“Əlincə qalası” tamaşası nümayiş ediləcək
Yanvarın 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yazıçı Dilsuz Mustafayevin “Əlincə qalası” xalq nağılı əsasında qələmə aldığı eyniadlı tamaşa nümayiş ediləcək.

Teatrın mətbuat xidmətindən Manera.az-a bildirib ki, nağıl-tamaşanın quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Əməkdar incəsənət xadimi Aydın Əzimovdur. Əsərdə rəqslərin quruluşu Əməkdar artist Sənan Hüseynliyə məxsusdur.
“Əlincə qalası” tamaşası nümayiş ediləcək
Tamaşada Xalq artisti Yasin Qaryev, Əməkdar artist Gülər Nəbiyeva, aktyorlar Simuzər Ağakişiyeva, Rəzzaq Məmmədov, Qədirhüseyn İsmayılov və Rövşən Abbasov iştirak edəcək.

Azərbaycan qadınının vətənimizin qoruması yolunda qəhrəmanlığından və qeyri-adi cəsarətindən bəhs edən tamaşa yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə həsr olunub.

MANERA.AZ


Baxış sayı - 1 393 | Yüklənmə tarixi: 08.01.2019 13:05
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12345
6789101112
13141516171819
20212223242526
27282930