“YUĞ” Teatrının yanvar repertuarı

“YUĞ” Dövlət Teatrı yeni ilin ilk ayı maraqlı səhnə əsərləri ilə çıxış edəcək.
Teatrdan Manera.az-a bildirilib ki, yanvarın 6-da “Müəmmalı bir qətlin üç versiyası”, yanvarın 12-də “Quş dili” tamaşaları təqdim olunacaq. Bundan başqa, yanvarın 13-də “Təklif. Elçilik”, yanvarın 18-də “Məhşər günü”, yanvarın 26-da “Sonuncu”, yanvarın 27-də isə “Medeya. Sekvensiya 001” səhnə əsərləri təqdim olunacaq.
Tamaşalar A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində izləniləcək.
MANERA.AZ