manera.az
manera.az

“Yuğ” Teatrının oktyabr repertuarı

📅 08.10.2018 13:09

“Yuğ” Teatrının oktyabr repertuarı
Azərbaycan Dövlət “Yuğ” Teatrı oktyabr ayı ərzində maraqlı səhnə əsərləri ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən MANERA.AZ-a bildirilib ki, sənət ocağı oktyabrın 7-də “Şok”, 13-də “Təkli”, 14-də “Bir qətlin üç versiyası” (premyera) tamaşaları ilə teatrsevərlərin görüşünə gələcək.

Həmçinin, teatrın yaradıcı kollektivi oktyabrın 20-də “Naməlum Axundzadə”, 21-də “Quş dili”, 27-də “Rindu-Şeyda”, 28-də isə “Müəmmalı bir qətlin üç versiyası” tamaşalarını təqdim edəcəklər. Səhnə əsərləri müvafiq olaraq saat 19.00-da nümayiş olunacaq.

Qeyd edək ki, tamaşalar A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim ediləcək.


Baxış sayı - 1 080 | Yüklənmə tarixi: 08.10.2018 13:09
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31