manera.az
manera.az

İstedadlı şagird üçün istedadlı müəllim - Müsabiqə

📅 25.12.2018 13:00

İstedadlı şagird üçün istedadlı müəllim -  Müsabiqə
Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsinin nəticələri açıqlanıb.

Azərbaycan və rus bölmələri üzrə təşkil olunan müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib.

Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir.

Beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilən müsabiqənin ümumi mükafat fondu 15 000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək.

Müsabiqənin nəticələri ilə olimpiada.edu.az saytında tanış olmaq mümkündür.


Baxış sayı - 1 806 | Yüklənmə tarixi: 25.12.2018 13:00
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031