manera.az
manera.az

“Azərbaycan kinosu 120" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

📅 26.07.2018 14:40

“Azərbaycan kinosu 120" yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb
İyulun 25-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında "Azərbaycan kinosu 120: tarixi, bu günü və gələcək perspektivləri” adlı fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.

MANERA.AZ xəbər verir ki, müsabiqəni Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) birgə təşkil edib.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev müsabiqənin əhəmiyyətindən danışıb. Müsabiqədə demək olar ki, bütün mətbu orqanların əməkdaşlarının fəal iştirak etdiyini söyləyən Ə.Qarayev bildirib ki, yazılarda mövzuya fərqli yanaşmalar özünü göstərib.

KİVDF-nın icraçı direktoru Vüqar Səfərli müsabiqə haqqında məlumat verib. Deyib ki, ümumilikdə müsabiqəyə 31 mətbu orqanından 44 yazı təqdim olunub. Birinci yer üçün 1, ikinci yer üçün 2, üçüncü yer üçünsə 3 və həvəsləndirici mükafat üçün 6 qalibin mükafatlandırılması nəzərdə tutulub. Münsiflər heyətinin yekdil rəyinə əsasən müsabiqənin qalibləri təsdiq edilib. Belə ki, qaliblərə müvafiq olaraq 1000 manat (I yer), 800 manat (II yer) 600 manat (III yer) və 300 manat (həvəsləndirici) pul mükafatı təqdim ediləcək.

Sonra qaliblər mükafatlandırılıb.


Baxış sayı - 1 297 | Yüklənmə tarixi: 26.07.2018 14:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031