manera.az
manera.az

Azərbaycan-Türkiyə başlıqlı “Əhli-Hiref” sərgisi

📅 24.12.2018 18:48

 Azərbaycan-Türkiyə başlıqlı “Əhli-Hiref” sərgisi
Türkiyənin paytaxtı Ankarada Azərbaycan-Türkiyə başlıqlı Beynəlxalq X Ankara Sənət Festivalı həm Ankara incəsənət festivalı, həm “Danışan motiflərimiz”, həm “Əhli-Hiref” (Ehl-i Hiref) sərgisi, həm də “Şair baxışlı qələmlər” fəaliyyətlərinin məcmuyudur.

“Əhli-Hiref” keçmiş sənət cərəyanlarını davam etdirən, incəsənəti peşəyə çevirən sənət əhlinə, bu işin ustaları və şagirdlərinə verilən addır.

Beynəlxalq X Ankara Sənət Festivalında Türkiyənin müxtəlif şəhərlərindən, o cümlədən, Azərbaycan Respublikasından sözlü-sənətli tanınan qonaqlarımız iştirak edir.

Ankara Sənət Qalereyasının sədri, rəssam və şair Sultan Özateşin Ankara Böyükşəhər Bələdiyyəsi Sənət Qalereyasında (Atatürk Bulvarı, Zafer Çarşısı İçi) təşkil edilən tədbir dekabrın 31-inədək xalqa açıqdır.


 Azərbaycan-Türkiyə başlıqlı “Əhli-Hiref” sərgisi
 Azərbaycan-Türkiyə başlıqlı “Əhli-Hiref” sərgisi


Baxış sayı - 1 337 | Yüklənmə tarixi: 24.12.2018 18:48
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031