manera.az
manera.az

Tanınmış rəssam sərgisi olacaq - BİR HƏFTƏ |MANERA.AZ

📅 10.10.2016 09:40

Tanınmış rəssam  sərgisi olacaq - BİR HƏFTƏ |MANERA.AZ
Oktyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam Rəfail Əlizadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə nümayiş olunacaq sənət əsərləri qrafika, rəngkarlıq və dekorativ sənət üslubundadır.

Bu barədə R. Əlizadə məlumat verib. Fırça ustası qeyd edib ki, sərgiyə təqdim ediləcək 70-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunacaq.

Uzun illərin zəhmətinin məhsulu olan sənət əsərlərindən ibarət sərgi rəssamın 70 illik yubileyi çərçivəsində gerçəkləşəcək.

Sərgi bir həftə davam edəcək.


Baxış sayı - 1 761 | Yüklənmə tarixi: 10.10.2016 09:40
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2026    »
1234567
891011121314
15161718192021
22232425262728
2930