manera.az
manera.az

XVI Bodrum Beynəlxalq Balet Festivalı başlayacaq

 XVI Bodrum Beynəlxalq Balet Festivalı başlayacaq
Avqustun 1-də Türkiyənin Egey dənizi sahilindəki məşhur istirahət mərkəzi olan Bodrum şəhərində (Muğla vilayəti) ənənəvi balet festivalı başlayacaq. XVI Bodrum Beynəlxalq Balet Festivalı avqustun 15-dək davam edəcək.

MANERA.AZ xəbər verir ki, antik teatrın tarixi atmosferində keçiriləcək festival yunan yazıçısı Nikos Kazandzakisin indiyədək 30-dan çox ölkədə nümayiş olunan “Zorba” əsərinin balet tamaşası ilə açılacaq. Mikis Teodorakisin musiqisi, Lorca Massinenin mətn və xoreoqrafiyası əsasında hazırlanan tamaşa Ankara Dövlət Opera və Baleti tərəfindən təqdim ediləcək.

İspaniyadan gələn Rosario, Ricardo və Joze Castro Romero adlı üç qardaşın yaratdığı “Castro Romero Flamenco” qrupu öz musiqi və xoreoqrafiyaları əsasında hazırladıqları “Esencia Flamenca” əsəri ilə 3 avqustda səhnəyə çıxacaq.

Vyana Dövlət Opera və Balet Teatrının ulduzları “Baletin ən yaxşıları” kompozisiyasını 8 avqustda nümayiş etdirəcək.

11 avqustda İstanbul Dövlət Opera və Balet Teatrının artistləri tərəfindən “Don Kixot” baleti təqdim olunacaq.

Festivalın bağlanış mərasimində Ankara Dövlət Opera və Balet Teatrının Modern rəqs ansamblı “Frida”nı ifa edəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2023    »
 12345
6789101112
13141516171819
20212223242526
2728293031